Erməni deputatın toxunulmazlığının ləğvi istənildi – Türkiyədə
(18-05-2018, 12:28)

Erməni deputatın toxunulmazlığının ləğvi istənildi – Türkiyədə
Türkiyədə PKK terror təşkilatının siyasi qanadı olan Xalqların Demokratik Partiyasının (HDP) üzvü, erməni əsilli millət vəkili Qaro Paylanın deputat toxunulmazlığının qaldırılması üçün Türkiyə Böyük Millət Məclisinə (TBMM) raport göndərilib.

APA-nın yerli KİV-ə istinadən verdiyi xəbərə görə, Baş Prokurorluğun Türkiyə Cinayət Məcəlləsinin “türklüyə həqarət” və “prezidentə həqarət” maddələri ilə başladığı cinayət işinin istintaqı yekunlaşıb, deputat toxunulmazlığının qaldırılması üçün TBMM-ə müraciət edilib. Ədliyyə Nazirliyi deputatın mühakiməsinə razılıq verib.

Qeyd edək ki, Girəsun Universitetinin keçmiş rektoru, professor, azərbaycanlı Aygün Attar da 2017-ci ildə Qaro Paylanla bağlı prokurorluğa müraciət edib. Aygün Attar Qaro Paylanın “Keçmişdə 40 faiz idik, indi mində bir olmuşuq, deməli başımıza bir iş gəldi, mən də buna “soyqırımı” deyirəm. Türkiyədə “erməni soyqırımı” törədilib və bu, davam edir”, – fikirlərinin araşdırılmasını istəyib.

Ankara Baş Prokurorluğu Aygün Attarın müraciəti əsasında araşdırma aparıb, Ədliyyə Nazirliyi cinayət işinin başlamasına razılıq verib. Prokurorluq TBMM-den Paylanın toxunulmazlığının qaldırılmasını istəyib.шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 120

Xəbər lenti
Təqvim
«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031