Yaponiyada inanılmaz kəşf - 500 milyard qiyməti var
(22-04-2018, 23:47)

Yaponiyada inanılmaz kəşf - 500 milyard qiyməti var
Yaponiyadakı Minami-Torişima adasında böyük kəşfə imza atıblar.

“Sputnik” xəbər verir ki, uzunluğu 1,3 kilometr olan, bir müddət hərbi məqsədlər üçün istifadə olunan bu ərazidə mütəxəssislər tərəfindən araşdırma başlayıb. Hazırda yaşayış olmayan adada nadir elementlər və qiymətli daşlar tapılıb.

Alimlər adadan ittrium, evropium, terbium və disprozium maddələrinin tapıldığını açıqlayıblar. Onlar bu elementlərin 500 milyard dollara yaxın qiymətinin olduğunu bildiriblər. Mütəxəssislərin sözlərinə görə, bu maddələrdən kosmik cihazların, iPhone və digər cihazların hazırlanmasında istifadə edilə bilir.

İttriumun 0,5 kiloqramı 3,4 min, evropiumun 100 qramı 20.000, terbiumun 100 qramı 1800 dollara satılır. Adada təxminən 1.2 milyon ton belə maddələr var.

Araşdırmaçılar Wall Street-ə açıqlamasında deyiblər ki, bu Yaponiya üçün inanılmaz bir dəyişiklikdir: "Bu elementləri adadan çıxartmaq çox vəsait tələb edir. Amma bu, inkişafa böyük kömək edə bilər".
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 130

Xəbər lenti
Təqvim
«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031