Səhiyyə Nazirliyinin səlahiyyəti alındı -Tələb qoymaq hüququ yeni agentliyə verildi + Sərəncam
(11-05-2018, 20:07)

11 May 2018 [18:50]
Bu il iyulun 1-dən Səhiyyə Nazirliyi uşaq qidası məhsullarının istehsalı, satışı və istehlakına tələb qoymaq hüququnu itirəcək.

Səhiyyə Nazirliyinin səlahiyyəti alındı -Tələb qoymaq hüququ yeni agentliyə verildi + Sərəncam
Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı "Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” fərmanında dəyişiklik edilməsi barədə fərmanında əksini tapıb.

Səhiyyə Nazirliyi iyulun 1-dən təhlükəli yeyinti məhsullarının və qida məhsullarının idxalından sanitariya mühafizəsini təmin etmək vəzifəsindən də məhrum olacaq.

Qeyd edək ki, Azərbaycan prezidentinin "Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında 2017-ci il 13 noyabr tarixli fərmanı ilə bu səlahiyyətlər Qida Təhlükəsizliyi Agentliyinə verilib.шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 140

Xəbər lenti
Təqvim
«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31