Ərəb ölkələrinə çağırış - “Vaşinqtondakı səfirlərinizi geri çağırın”
(17-05-2018, 23:16)

Ərəb ölkələrinə çağırış - “Vaşinqtondakı səfirlərinizi geri çağırın”
Fələstin Xarici İşlər naziri Riyad əl-Maliki ərəb ölkələrinə çağırış edib.

“Qafqazinfo” DHA-ya istinadən xəbər verir ki, o, Qüdsdə səfirlik açan ABŞ-a etiraz olaraq ərəb ölkələrinin Vaşinqtondakı səfirlərini geri çağırmasını təklif edib.

Misir paytaxtı Qahirədə keçirilən Ərəb Liqası xarici işlər nazirləri toplantısında çıxış edən əl-Maliki bundan sonra Qüdsdə səfirlik açacaq ölkələrlə də diplomatik əlaqələrin kəsiləcəyini söyləyib.

Qeyd edək ki, Türkiyə və Fələstin səfirliyin açılışı günü Qəzzada baş verən kütləvi qtəliamdan sonra Vaşinqtondakı səfirlərini geri çağırıb. İşğalçı İsrail əsgərlərinin etirazçılara atəş açması nəticəsində 63 nəfər ölmüş, 2700-dən çoxu isə yaralanmışdı.шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 139

Xəbər lenti
Təqvim
«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31