Şamaxıda dəhşətli intihar - 13 yaşlı şagird özünü asdı
(17-05-2018, 01:24)

Şamaxıda dəhşətli intihar - 13 yaşlı şagird özünü asdı
Şamaxı rayonunda məktəb şagirdi intihar edib.

APA xəbər verir ki, hadisə bu gün axşam saatlarında Şamaxı şəhərindəki “Cümə məsçidi”nin yanındakı mənzillərdən birində qeydə alınıb.

Orada kirayə tutulan evdə valideynləri ilə yaşayan Osmanbəyli kənd sakini, adının Zəka olduğu bildirilən 13 yaşlı oğlan özünü ağacdan asaraq intihar edib. Məsciddə namaz qılan şəxslər özünü asan uşağı görərək onu təcili olaraq Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Lakin, uşağın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 178

Xəbər lenti
Təqvim
«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31