ATV-nin aparıcısının səviyyəsi: “Biz torpaqlarımızı işğal edəcəyik…” + VİDEO
(9-05-2018, 19:32)

ATV-nin aparıcısının səviyyəsi: “Biz torpaqlarımızı işğal edəcəyik…” + VİDEO
Bu gün ATV telekanalının “ATV Səhər” proqramının aparıcısı birbaşa efirdə “Gün gələcək, Azərbaycan ərazilərini işğal edəcəyik” arzusunu dilə gətirib. Proqramın aparıcısı Lalə Azərtaş faşizm üzərində qələbə günü olan 9 may Qələbə gününü nəzərdə tutaraq (sifətində gülüş və müvafiq əl-qol jestləri ilə) belə deyib: “Azərbaycana hər zaman qələbə yaraşır. Gün gələcək, biz torpaqlarımızı işğal edəcəyik, və həmin 20 faizi də…ondan sonra əsl qələbə gününü bayram edəcəyik…”

Bu məqamda birbaşa efirdə səs bir neçə saniyəlik kəsilib, daha sonra aparıcı əvvəl buraxdığı kobud səhvə görə heç bir düzəliş etmədən Albert Eynşteynin şəxsi əşyalarının satışa çıxarılması barədə süjetin təqdimatına keçib. Və bu zaman gülməkdən özünü saxlaya bilməyib, proqramın digər aparıcısı Azər Axşam da gülməkdə ona qoşulub. Təəccüblü deyil, televiziyalarımızdakı aparıçıların səviyyəsi hamıya məlumdur.

Həmin dəqiqələrin videoyazısını oxuculara şərhsiz təqdim edirik.шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 309

Xəbər lenti
Təqvim
«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031