Hamilə müğənnini səhnədə güllələdilər
(12-04-2018, 18:11)

Hamilə müğənnini səhnədə güllələdilər

Pakistanın məşhur müğənnisi Simon Samun səhnədə öldürülüb. “Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, 6 aylıq hamilə olan 27 yaşlı müğənni konserti zamanı ayaq üstdə oxumaqda çətinlik çəkib.

O, köməkçisindən səhnəyə stul gətirməyini xahiş edib. Sənətçi oturaraq mahnılarını ifa edib, onu izləyən tamaşçılar isə buna etiraz edib.

Simona isə bu etiraza məhəl qoymayıb. Səhnəyə çıxan 3 kişi onun başından pul tökməyə başlayıb və müğənni ayağa durmağa məcbur olub.

Bundan bir neçə dəqiqə sonra ifaçıya atəş açılıb. O, xəstəxanaya aparılsa da, həkimlər həyatını xilas edə bilməyib .
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 154

Xəbər lenti
Təqvim
«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031