Ərdoğan əsəbiləşib iclası tərk etdi
(23-04-2018, 23:02)

Ərdoğan əsəbiləşib iclası tərk etdi
Bu gün Türkiyə Böyük Millət Məclisinin (TBMM) qurulmasının 98-ci ili münasibətilə parlamentdə xüsusi iclas keçirilib.

“Qafqazinfo” xəbər verir ki, iclasın gedişatında Ədalət və İnkişaf Partiyası (AKP) və Cümhuriyyət Xalq Partiyasının (CHP) deputatları arasında mübahisə düşüb.

CHP-nin üzvü Özgür Özəlin 15 iyul hərbi çevrilişə cəhd hadisələri barədə ittihamları AKP-liləri özündən çıxarıb. Söz alan Baş nazir Binəli Yıldırım sərt reaksiya verdikdən sonra gərginlik pik nöqtəyə çatıb.

İclası Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı ilə birlikdə izləyən prezident Rəcəb Tayyib Ərdoğan isə baş verənlərə etiraz olaraq iclası tərk edib. O, iclasdakı ümumi mənzərəni “Rəzalət” adlandırıb.шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 14

Xəbər lenti
Təqvim
«    May 2018    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031