Putindən Suriya ilə bağlı çağırış
(15-04-2018, 18:47)

Putindən Suriya ilə bağlı çağırış
“Rusiya Suriya və İraqdakı vəziyyəti həll etmək üçün Ərəb Dövlətləri Liqası ilə əməkdaşlığı inkişaf etdirməyə hazırdır”


Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bu gün Səudiyyə Ərəbistanın Dahran şəhərində keçirilən Ərəb Dövlətləri Liqasının 29-cu sammitində çıxışı zamanı deyib.

Putin terrorçu qruplara qarşı mübarizədə ərəb dövlətlərinin suverenliyi və ərazi bütövlüyünə hörmət edilməli olduğunu vurğulayıb:

“Bu gün Yaxın Şərq və Şimali Afrikada vəziyyət çox çətindir. Suriya, İraq, Liviya və Yəməndə silahlı münaqişələr sosial-iqtisadi vəziyyətin kəskinləşməsinə, insan tələfatına səbəb olur. Rusiya regional təhlükəsizliyi təmin etmək üçün Ərəb Dövlətləri Liqası ilə birgə Suriya və İraqda siyasi həll və yenidənqurma işlərinin aktivləşdirilməsinə kömək edə bilər ”.

Dövlət başçısı həmçinin qeyd edib ki, Yaxın Şərqdəki vəziyyətin normallaşdırılması Fələstin problemini həll etmədən mümkün deyil:

"Qüds məsələsi də daxil olmaqla, Fələstin torpaqlarının statusu ilə bağlı bütün məsələlər birbaşa Fələstin-İsrail danışıqları yolu ilə həll edilməlidir”.шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 15

Xəbər lenti
Təqvim
«    İyul 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031