“Gmail”dən yeniliklər - Öz-özünə silinən məktublar...
(15-04-2018, 18:45)

“Gmail”dən yeniliklər - Öz-özünə silinən məktublar...
Bir neçə gün öncə “Google” şirkəti öz “Gmail” servisinin dizaynında dəyişikliyi edib


“Qafqazinfo” “Technote”yə istinadən xəbər verir ki, istifadəçiləri yeni dizaynla bərabər bir sıra yeni funksiyalar da əldə edəcəklər. Həmin funksiyalar arasında konfidensiallıq rejimi və öz-özünə silinən məktublar da var.

Məlumata əsasən, məktubun yazılışı zamanı servisdə saat və qıfıl işarələri əks olunacaq. Həmin işarələrə klik edəndən sonra istifadəçi konfidensial rejimə keçid edəcək.

Bu cür rejimdə yazılmış məktubu qəbul edəcək şəxs məktubun daxilindəki məlumatı heç cür kopyalaya, çap etdirə və ya kiməsə göndərə bilməyəcək. Müəyyən müddətdən sonra isə göndərilmiş həmin məktub avtomatik olaraq silinəcək.

Məktubu göndərəcək şəxs məktubun pozulacağı vaxt intervalını (həftə, ay və hətta bir neçə il) özü təyin edə biləcək. Bundan əlavə olaraq göndərilmiş məktubu kənar gözlərdən qorumaq da mümkün olacaq. Bunun üçün xüsusi şifrədən istifadə olunacaq və həmin şifrə SMS vasitəsilə məktubu qəbul edəcək şəxsə göndəriləcək. Çox güman ki, yenilənmiş “Gmail” servisi mayın 8-də start götürəcək “Google I/O 2018” tədbirində təqdim olunacaq.шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 28

Xəbər lenti
Təqvim
«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031