Amerikanın simvolu olan "Azadlıq Heykəli" ilə bağlı qısa məlumat
(17-03-2018, 03:39)

Amerikanın simvolu olan "Azadlıq Heykəli" ilə bağlı qısa məlumat

Azadlıq Heykəli ABŞ-ın Nyu York şəhərindəki Liberty (Azadlıq) adası üzərində inşa edildiyi 1886-ci ildən bu günə kimi Amerikanın simvolu olaraq xatirə və müşahidə qülləsidir. Dünyanın ən tanınmış abidələrindən biri olaraq adını tarixə yazıb.
İlk dəfə Fransız heykəltaraşı olan Frederik Avquste Bartholdi və Qustave Eiffel (Eyfel qülləsinin mühəndisi) tərəfindən misdən hazırlanan Azadlıq Heykəli, Fransa hökümətinin ABŞ-a müstəqilliyinin 100-cü ili ilə bağlı hədiyyəsi olmuşdur. 1884-1886 illər arasında inşa edilmişdir.
Heykəl, sağ əlində bir məşəl, sol əlində isə bir kitab vardır. Kitabın üstündə 4 İyul 1776 tarixi (Müstəqillik Bəyannaməsinin tarixi) yazılmışdır. Heykəlin başındakı tacın 7 iti ucu 7 qitəni və ya 7 dənizi simvolizə edir. Heykəlin yüksəkliyi 46 m, yerdən hündürlüyü isə 93 m-dir. Ziyarətçilər heykəlin içindən məşələ qədər 168 pilləli bir nərdivanla çıxa bilərlər. Heykəlin məşəl tutan sağ əlinin yüksəkliyi 13 metrdir. Məşəlin ətrafındakı Dəhlizdə 15 adam bir yerdə gəzə bilər. Heykəlin başının genişliyi 2 metr, hündürlüyü isə tacı ilə birlikdə 5 metrdir.
Heykələ Singer tikiş maşınlarının qurucusu Isaac Singerin dul həyat yoldaşı Isabelle Eugenie Boyer dizayn vermişdir. Azadlıq Heykəli 1884-cü ildə Fransada inşası tamamlandıqdan 1 il sonra 350 hissəyə bölünərək 214 sandıq içində Nyu York limanına gətirilmişdir.Hissələr 4 ay ərzində yenidən birləşdirildikdən sonra 28 Oktyabr 1886-ci ildə minlərlə tamaşaçının qarşısında açılışı reallaşmışdır.



İdrak Ədalətoğluшаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 1 295

Xəbər lenti
Təqvim
«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930