"Niaqara Şəlaləsi" haqqında ümumi məlumat
(2-02-2018, 02:06)

"Niaqara Şəlaləsi" haqqında ümumi məlumat

Niaqara şəlaləsi, Amerika ilə Kanada arsında yerləşən Niaqara çayının üzərində çox məşhur şəlalədir. Niaqara şəlaləsi, Kanadanın Ontario ştatı ilə Amerikanın Nyu York ştatı arasındadır. Şəlalə, 1950-ci ildə bağlanan müqviləyə əsasən Amerika və Kanada arasında bölüşdürülmüşdür. Şəlalənin suları iki hissədə axır. Hər iki hissəni (Amerika və Kanada) görmək çox maraqlı olar.Niaqara şəlaləsi görünüşünə görə at nalı olaraq da adlandırılır və şəlalənin suları 46 metr yüksəklikdən tökülür, eni 900 metrədir. Amerikada axan hissəsi əsasən Amerika şəlaləsi adlandırılır və bu şəlalənin də hündürlüyü 60 metr, eni isə 300 metrdir. Niaqara şəlaləsi ABŞ və Kanada üçün olduqca böyük elektrik mənbəyidir. Niaqara Şəlaləsindən yarım dəqiqə ərzində 168.000 m3 su axır. Şimali Amerikanın ən böyük şəlaləsi ünvanına sahib olan Niaqara şəlaləsi, 10.000 il bundan qabaq şimal qütbündən gələn buz kütlələrinin çöküntüləri ilə yaranmışdır.
Niagara Şəlaləsi 1932-ci ildə bütövlüklə donmuşdur. Niaqara şəlaləsi dünyada tək əks istiqamətdə axan şəlalədir. Şəlalənin suyu daşlara çırpınaraq geri gəlir. Bu dünyada bənzəri olmayan bir hadisədir. Niqara şəlaləsində suyun gücü ilə və yüksəklikdən tökülməsilə yaranan möhtəşəm səs bir təbiət gözəlliyidir. Niaqara şəlaləsi, iki qardaş əyalət olan Ontario və Nyu York tərəfindən qorunmaqdadır.
Şəlaləyə Niaqara adı Hindilər tərəfindən verilmişdir, suların şimşəyi mənasını verir. Dardavel muzeyində Hindilər tərəfindən suya tullanmada istifadə olunan avadanlıqlar sərgilənməkdədir. Bu vaxta qədər 16 dəfə suya tullanma olub və 6 dəfə ölümlə nəticələnib. Amma uzun vaxtdır ki, hər iki ölkə bunu qadağan edib.
Bura ümumi məlumatdan əlavə öz şəxsi düşüncələrimi əlavə edərək bildirmək istərdim ki, gedib görə biləcəyiniz ən gözəl yerlərdən biridir. Sizi qayıqla şəlalənin lap mənsəbinə aparırlar, çox möhtəşəm görüntüdür.




İdrak Ədalətoğlu
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 1 916

Xəbər lenti
Təqvim
«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031