Həbs xəbəri yayılan Günay İbrahimli Azərbaycanı tərk etdi - Açıqlama
(15-05-2018, 08:16)

Xəbər verdiyimiz kimi, müğənni Günay İbrahimlinin həbs xəbəri yayılıb.

BiG.AZ məsələ ilə bağlı xanım ifaçı ilə əlaqə saxlayıb. G.İbrahimlinin mətbuat katibi bildirib ki, yayılan xəbərlər həqiqəti əks etdirmir:

"Günay xanım hazırda Azərbaycanda deyil, Türkiyəyə gedib. Yalnız onu deyə bilərik ki, həbs xəbəri yalandır".

Qeyd edək ki, criminal.az saytının məlumatına görə, müğənni və anası bir neçə dəfə Daxili İşlər Nazirliyinin Baş mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) çağırılıb.

İş adamı Nuriyyə Əhmədova ''Bandotdel''ə yazdığı şikayət ərizəsində göstərib ki, G.İbrahimlinin klip çəkilməsi, yeni mahnıları, telekallarda reklamı üçün 300 min manata qədər pul xərcləyib. Lakin müğənni həmin məbləği geri qaytarmayıb.

Günay izahatında N.Əhmədovaya 17 min, anası isə 20 min manat borclu olmaları ilə bağlı ziddiyətli ifadələr veriblər.
Həbs xəbəri yayılan Günay İbrahimli Azərbaycanı tərk etdi - Açıqlama
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 138

Xəbər lenti
Təqvim
«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031