ƏSA Teatrı ABŞ-da mükafata layiq görülüb
(9-05-2018, 20:58)

Azərbaycanın əlilliyi olan və olmayan aktyorlardan ibarət ilk inklüziv ƏSA Teatrı ABŞ-da ölkəmizi təmsil edir.


ƏSA Teatrının rəhbəri, rejissor Nihad Qulamzadə Amerika Konqresinin üzvü Mark Amodei tərəfindən “Konqres Mükafatı”na layiq görülüb.



Teatrın baş meneceri Nicat Qulam bildirib ki, böyük nüfuza malik olan mükafat ƏSA Teatrına “Open World” proqramında iştirak etdiyinə görə verilib.



Qeyd edək ki, teatrın təsisçisi və rəhbəri Nihad Qulamzadə ABŞ-ın təşkil etdiyi Açıq Dünya Proqramı çərçivəsində mayın 2-dən 12-dək “Əlilliyin müdafiəsi, islahatlar və mədəniyyət” adlı beynəlxalq layihədə iştirak edir. Sabah ƏSA Teatrının həyata keçirəcəyi irimiqyaslı layihə amerikalı investorlara təqdim olunacaq.

İdrak
-------
ƏSA Teatrı ABŞ-da mükafata layiq görülüb
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 144

Xəbər lenti
Təqvim
«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031