Təranə Qumral Könül Kərimovaya meydan oxudu: "Qorxmursa, açıqlasın!
(20-04-2018, 21:48)

Təranə Qumral Könül Kərimovaya meydan oxudu: "Qorxmursa, açıqlasın!
Müğənni Könül Kərimova ilə Təranə Qumral arasındakı qalmaqal getdikcə daha da böyüyür. Təranə Qumral "5/5” verilişinə dəvət olunduqda Könül Kərimovanın efiri tərk etməsi də bu müzakirələri daha da artırdı. K.Kərimova bununla bağlı olaraq sosial şəbəkədə belə bir status da paylaşıb:

"Siz həqiqəti bilsəniz, həyata, insanlığa nifrət edərsiniz. Ən azı yazdıqlarınıza görə utanarsınız. Şükr edirəm ki, həmin an ürəyim dayanmadı. Allah mənə güc verdi. Nə isə. Hər şey yaxşıdır”.

Sfera.az-a açıqlama verən Təranə Qumral aralarında heç bir konflikt olmadığını deyib:

"Bizim heç bir konfliktimiz yoxdur. Heç vaxt aramızda problem olmayıb. Sadəcə olaraq Cabbar ilə Musa danışmır. Könül Kərimova bizlə Cabbara görə ədavət aparırsa, bu onun öz problemidir. Onun özündən də soruşun. Mən onun əvəzindən cavab verə bilmərəm. Əgər o qorxmursa, vicdanı varsa, nəsə bilirsə, qoy açıqlasın. Gördünüz ki, mən efirə çıxdım, heç nədən çəkinmədən. Dedim ki, üz-üzə nə sözün varsa, de mənə. Niyə demədi? Mənim nədən qorxum var? Heç kimdən qorxum yoxdur, heç kəsin qabağında günahım yoxdur, Allaha şükür olsun. Mənim nəsə bir pis işim olsaydı, onu çoxdan paylaşmışdı”.

Müğənni bildirib ki, Könül Kərimova Cabbar Musayevlə duet oxumazdan öncə onlar küsülü olmayıblar:

"O Cabbarla duet oxuduqdan sonra üzbəüz gələndə heç zaman danışmamışıq. Allah rəhmət eləsin, Məhəbbət Kazımovun zamanında danışırdıq”.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 116

Xəbər lenti
Təqvim
«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031