Son dəqiqə...Trump: Hücum əmri verdim!
(14-04-2018, 06:52)


ABŞ prezidenti Donald Trump Suriyanı vurmaq əmri verdiyini bildirdi. Trump, Fransa və İngiltərənin də, ABŞ-la birgə hərəkət edəcəyini ifadə etdi.

ABŞ prezidenti Donald Trump Suriya ordusunun dinc sakinlərə qarşı kimyavi silah istifadə etdiyini bildirib. Bu səbəbdən ABŞ, Fransa və İngiltərənin birlikdə Suriyadakı kimya labaratoriyalarını vuracağını elan edib.

Trumpın bu açıqlamasından sonra ABŞ hərbi təyyarələri Suriyanı vurmağa başlayıb. ABŞ-ın Şam şəhəri və ətrafındakıhücumlara Fransa və İngiltərə də dəstək olub.

ABŞ hücumlarda Tomahawk roketlərindən istifadə edərkən, Suriya dövlət kanalının yaydığı məlumata əsasən Suriya ordusu bu hücumlara təyyarəvuran silahlarla qarşılıq verir.

Şam-dan alınan məlumatlar paytaxtdakı elmi araşdırma mərkəzinin bombalandığını xəbər verir.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 314

Xəbər lenti
Təqvim
«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930