Şahzadənin ölüm xəbəri yayıldı - 28 gündür xəbər yox idi
(18-05-2018, 12:24)

Şahzadənin ölüm xəbəri yayıldı - 28 gündür xəbər yox idi
İyirmi səkkiz gündür ortalıqda görünməyən Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanla bağlı sensasion iddia ortaya atılıb.

İranın mühafizəkar yönlü qəzeti “Keyhan” ərəb kəşfiyyat xidmətlərindən birinə istinad edərək vəliəhdin ötən ay baş verən çevriliş cəhdində öldürüldüyünü yazıb.

Qəzetin iddiasına görə, Salman saraya hücum zamanı iki güllə ilə öldürülmüş ola bilər.

Hər zaman mediaya açıq olan 33 yaşlı şahzadənin həmin olaylardan sonra gözə dəyməməsi dünyanın da diqqətini çəkib. Belə ki, ABŞ-ın xarici işlər naziri Mike Pompeo ilk dəfə 28 apreldə Riyada səfəri zamanı da şahzadə Salman media qarşısında görünməyib.

Qeyd edək ki, 21 apreldə Riyadda saraya silahlı hücum və inqilaba cəhd xəbərləri yayılmışdı. Lakin daha sonra S.Ərəbistan hökuməti bölgədə icazəsiz uçuş edən dronun vurulduğunu açıqlamışdı. Həmin hadisə zamanı şahzadə saraydan çıxarılaraq hərbi bazaya aparılmışdı.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 31

Xəbər lenti
Təqvim
«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930