Əbülfəs Qarayev mühəndisi regional idarəyə rəis təyin edib?” Cəfəngiyyat, yoxsa həqiqət?..
(15-05-2018, 21:08)

Əbülfəs Qarayev mühəndisi regional idarəyə rəis təyin edib?”   Cəfəngiyyat, yoxsa həqiqət?..
Deyim, Siz də gülün. Bu il mayın 14 – də təxminən günortadan sonra. Ağstafa Regional Mədəniyyət İdarəsinə təşrif buyuran bizim deyi, “Sizinxeber.com” saytının (mən şəxsən 30 illik təcrübəmdə bu adı 1-ci dəfə eşidirəm) işçisi “xox”, edib,”səndən bir şey qoparacağam” adı ilə idarənin inzibati binasına daxil olur ki, bəs deməzsən, məni Ramiz Quliyev qəbul etsin! Bu Qazax-Ağstafa zonasında da açığı qonağa böyük hörmət var. Nə isə... Bu məsələni Ramiz Quliyevə çatdırırlar ki, belə bir Azərbaycan Respublikası Mətbuat Şurasının gözündən qaçmış saytın müxbiri var ki, ancaq Sizi görmək istəyir. Əlqərəz, müxbiri qəbul edilir, cənab Quliyev onun bura gəlişində KİV qanunlarına uyğun olaraq məqsəd və məramını bilmək istəyir. Üzdəniraq müxbir, deyir ki, “yox, mənə heç nə lazım deyil, qonağınam, gəlmişəm”. Vəssalam.
Ramiz Quliyev müxbiri çörəyə dəvət edir, qonaq kimi milli mentolitetimizə uyğun olaraq insaniyyətliyini göstərmək istəyir. Müxbir ürəyində pul almaq niyyətində oldyğu üçün rəislə razılaşmır ki, razılaşmır. Beləcə də idarəni, KİV-ə yaraşmayan, dilənçilik formasında da tərk edir.
Sonradan Ramiz Quliyevin telefonuna mesaj göndərir ki, “baxın, haqqınızda bunları yazacağam”
Bəli, Azərbaycanda azad sözə, mətbuata verilən azadlıqlardan istifadə edrək olamzın, əsası olmadan, heç bir dəlil və sübuta söykənmədən ağızına gələni yazır da... Yazı ki, “Əbülfəs Qarayev mühəndisi regional idarəyə rəis təyin edib?”
Gülməli və düşündürücüdür. Bu üzdəniraq müxbiri başa salan yoxdur ki, “ay bədbəxt məxluq!” Sən bilirsənmi ki, ABŞ-ın prezidenti olmuş Barak Obamanın, indiki prezidenti Trampın ixtisası nə olub? Dünya şöhrətli yazıçı Çingiz Aytmatov baytar həkimidir. Ay əfəl, nə qədər həyatda bədbəxt, rüsvayçısan. Niyə Azərbaycanda olan əsl qələm sahiblərinin, tanınmış jurnalistlərin, inkişafda olan ölkəmizin adına ləkə gətirirsən? Ən azından sənə ayıbdır. İmzanı niyə gizlədirsən? Əsl kişi yazısının altına “Mətləb Nur “ deyil, həqiqi imzasını yazar. Ola bilməz ki, “Nur” adlı imza sahibi boş-boş sayıqlaya, qara fikrdə ola.
Bəlkə də, sənin kimilərinin cəfəngiyyat yazısına cabvab vermək düz deyil. Amma, düşündük ki, “......... an” payını götürməz. Kişisənsə yazdığın boş-boş cızmaqarada faktlara istinad elə. Sübutlar gətir. Biz isə Sizə bildirirk:
“ Haqqında qara fikirdə olduğun Ramiz Quliyev gələndən 180 nəfər “ölü canları” işdən azad edib. Yerinə bir nəfəri də təyin etməyib. İdarədə bir dənə də olsun neqativ hal yoxdur. Maliyyə pozuntusuna da təsadüf etmək mümkün deyil”
Bəs belə halda, sən haradan informasiya almısan ki, öz mənəviyyatını alçalda-alçalda Ramiz Quliyevdən pul tələb edir, təmiz bir insanı çirkin yollara təhrik edirsən? Təbii ki, bu da əsl jurnalist işi deyil. Görünür, sənin başın hələ qoltuq görməyib. Qaldı ki, de görüm sənin ixtisasın nədir ki, müxbir işləyirsən? Biz inanmırıq ki, sən jurnalist olasan. Əsl jurnalist bu hərəkəti etməz! Həmişə əsl peşəkarlara ləkə gətiən sənin kimiləridir.
Bir də ki, ay naşı, guya Azərbayca Respubliksı Mədəniyyət Naziri cənab Əbülfəs Qarayev bilimir ki, Ağstafa Regional Mədəniyyət İdarəsinə kimi təyin edib və ixtisası nədir?
Ayıbdır, yəqin ki, hüquq-mühafizə orqanları tezliklə səninlə məşğul olacaq.MŞ-nin sədri cənab Əflatun Amaşov haqqınızda lazımi ölçü götürəcək. Biz buna əminik.
Qeyd: yazıda getmiş əsassız fikirlərlə bağlı məsələ məhkəməyə hazırlanır. Bu barədə kifayət qədər sübutlar var.

İlham Hacalıшаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 1 214

Xəbər lenti
Təqvim
«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930