Ağstafada baramaçiliq sahəsi sürətlə inkişaf edir - FOTO
(15-05-2018, 08:31)

Ağstafada baramaçiliq sahəsi sürətlə inkişaf edir - FOTO
Bu gün də qadınların sevə-sevə istifadə etdiyi təbii ipəkdən hazırlanan məhsullar dəbdədir. İpəyin alınmasında isə ipəkqurdlarının baramalarından istifadə olunur. İpəkçiliyin ən qədim vətəni olan Azərbaycanın müxtəlif yerlərində barama qurdları yetişdirən şəxslərə və müəssisələrə rast gəlmək mümkündür. İpəkqurdları yetişdirən şəxslər barama hazır olduqdan sonra baramaları ipəkçilik müəssisələrinə təhvil verirlər. Əgər baramalar vaxtında boğulmazsa, ipəkqurdu kəpənəyə çevirilib baramanı deşərək uçur.

Mediaxeberleri.az xəbər verir ki, Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində, ipəkqurdları və barama yetişdirilir. Həmin ipəkqurdlarını yetişdirən Həmid Şükürov bunun çətin və əziyyətli bir iş oduğunu qeyd edir. Bu gün ölkəmizin əksər bölgələrində olduğu kimi Ağstafada da baramaçiliq sahəsi sürətlə inkişaf edir. Ağstafalı baramaçı Həmid Şükürov bu il yüksək məhsuldarlığın əldə edilməsini və gözlədiyini bildirir.

Mediaxeberleri.az saytı ağstafalı baramaçıyla söhbəti təqdim edir.

-Həmid müəllim, ipək qurdlarını yetişdirərkən hansı çətinliklər çəkirsiniz?


- Yarpaq tapmaq bir az çətin məsələdir. Onları qidalandırma və təmizləmə əziyyətli işdir.


- Təqribən nə qədər yarpaq yeyirlər?


- Onlarda 4 yuxu olur. Birinci yuxuda balaca olurlar. Yuxudan ayılan kimi yeməyə başlayırlar. Çox yeyirlər. Hər yuxudan ayıldıqda əvvəlkindən daha çox yarpaq yeyirlər. Məsələn, əvvəl 2 dəfə yarpaq verirdimsə, 4-cü yuxudan ayılandan sonra 4-5 dəfə yarpaqlar dəyişilir. Həmçinin bu yarpaqlar düz yerdə olmamalıdır və elə qoyulmalıdır ki, ipəkqurdları yuxarı qalxıb barama qura bilsinlər.



- İpəkqurdlarının yetişdirilməsində kimlərsə sizə kömək edirmi?


- Ailə üzvlərim kömək edir. Yarpaq tapılmasında,onun təmizlənməsində köməklik göstərirlər.


- Barama yetişdirməyin ən maraqlı cəhəti nədir?


- Həqiqətən çox maraqlı prosesdir. Mən də əvvəllər bilmirdim. Artıq mən onun canlı şahidi oldum ki, qurd baramaya necə çevirilir. Bu da mənimçün çox maraqlıdır.

Mediaxeberleri.az[center][img]http://mediaxeberleri.az/uploads/posts/2018-шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 154

Xəbər lenti
Təqvim
«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031