Qazax Dövlət Rəsm Qalereyasında sərgi keçirildi
(12-05-2018, 23:03)

Qazax Dövlət Rəsm Qalereyasında sərgi keçirildi
[b] Bu gün Qazax Dövlət Rəsm Qalereyasında məktəb şagirdlərinin “Qazağım mənim” adlı əl işlərindən ibarət sərgi keçirilmişdir. Yüksək səviyyədə təşkil edilən tədbirdə Qazax rayon icra hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov, Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov, Azərbaycan Rəssamlar İttifaqının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Samir Sadıqov, sənətşünaslıq üzrə fəlsəfə doktoru, mədəniyyət və incəsənət universitetinin müəllimi Nəzakət Əhmədova, Xətai Rayon Sənət Mərkəzinin direktoru Zahid Əvəzov, Azərbaycan Rəssamlar İttifaqının rəssamları Aynurə Mürsəlova, Minera Nəbiyeva, Ağstafa Regional Mədəniyyət İdarəsinin müdiri Ramiz Quliyev, Qazax rayon icra aparatının məsul işçiləri və rayon ictimaiyyəti iştirak etmişlər. Tədbirdə məktəblilərin 73 sərgisi və 15 əl işi nümayiş etdirilib.
Vətənpərvərlik, milli ruh, ana məhəbbəti, cəsarət, mübarizlik və sairə kimi mövzuda nümayiş etdirilən əl işləri qonaqların və rayon ictimaiyyətinin geniş marağına səbəb olmuş, gənc rəssamların və yaradıcı məktəblilərin daha da ruhlanması üçün onlara təşəkkürlər edilmişdir.
Sərgiyə baxışdan sonra qalereyanın böyük zalında Qazax Rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov çıxış edərək, bildirmişdir:
“ Hörmətli qonaqlar, rayon ictimaiyyəti və gənclər! Əvvəla, sizin gələcəyə nikbin bir ruhda yanaşaraq çəkdiyiniz rəsmlər, əl işləriniz bizə xüsusilə zövq verdi. Bir daha aydın oldu ki, Prezidentimiz cənab İlham Əliyevin Sizə qarşı olan diqqət və qayğısını hər an hiss edir, ona olan məhəbbətinizi yaxşı oxumaqla, gözəl yaradıcılığınızla nümayiş etdirirsiniz. Hər bir ölkə özünün mədəniyyəti, incəsənəti, dili və dini ilə tanınır. Bu gün sizin bu yaradıcılığınız onu göstərdi ki, gənclərimiz böyük ümidlə gələcəyə doğru addımıayır, vətən, el-oba qarşısında xidmət etmək arzusu ilə yaşayırlar. Bunun üçün hər birinizə dərin təşəkkrümü bildirir, gələcək işlərinizdə yeni-yeni uğurlar arzulayıram”
İcra başçısından sonra qonaqlardan Qalib Qasımov, Aynurə Mustafayeva, Qazax Rayon Təhsil Şöbəsinin müdiri Nizaməddin Babanlı, Ramiz Quliyev, Valeh Vəliyev və digərləri çıxış etmişlər.
Tədbirin sonunda ən yaxşı əl işləri olan məktəblilər fəxri fərmanlarla mükafatnadırılıb.

İlham Hacalıшаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 1 276

Xəbər lenti
Təqvim
«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031