“Vəziyyət getdikcə xaotik hal alır” - Putin
(12-04-2018, 08:45)

“Vəziyyət getdikcə xaotik hal alır” - Putin
Rusiya prezidenti Vladimir Putin beynəlxalq vəziyyətin son dərəcə təhlükəli olduğunu deyib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Vladimir Putin 17 ölkənin səfirinin etimadnaməsini qəbul edərkən Suriyada yaşanan son hadisələrə, eləcə də ABŞ-ın son bəyanatlarına toxunub. Dövlət başçısı bildirib ki, dünyadakı vəziyyət son dərəcə təhlükəli hal alır:

“Vəziyyət getdikcə xaotik hal alır. Amma biz yenə də ümid edirik ki, sağlam düşüncə qalib gələcək, beynəlxalq münasibət konstruktiv məcraya yönələcək, bütün dünya sistemi daha stabil və proqnozlaşdırılan olacaq”.

Rusiya prezidenti ölkəsinin bundan sonra da qlobal və regional təhlükəsizliyin tərəfdaşı kimi çıxış edəcəyini vurğulayıb:

“Biz bundan sonra da beynəlxalq öhdəliklərimizə sadiq qalacağıq. Rusiya bütü ölkələrlə siyasi dialoqu gücləndirmək, ticari və iqtisadi əlaqələri genişləndirmək yolunu tutacaq”.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 62

Xəbər lenti
Təqvim
«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031