Türkiyə ilə Azərbaycan daim bir bayraq altındadır
(27-04-2018, 20:27)

Türkiyə ilə Azərbaycan daim bir bayraq altındadır

Dili bir, dini bir və soy kökü bir olan böyük Türkiyə ilə Azərbaycanın günbəgün inkişafı göz qabağındadır. Hər iki ölkənin istər iqtisadi, istər sosial , istərsə də siyasi cəhətdən inkişafı dünya dövlətlərinin diqqətindədir. Elə bu günlərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin növbəti dəfə prezident seçildikdən sonra ilk dəfə qardaş Türkiyəyə səfəri onu sübut etdi ki, Ulu öndər Heydər Əliyev demişkən: “Biz bir millət, iki dövlətik”.

Türkiyə ilə Azərbaycanın eyni müstəvi üzərində addımı bədnam ermənilərə olduqca mənfi təsir göstərir. Hətta, bu məsələ tez-tez Amerikada da çözülür. Yalan uydurmalarla hər vaxt Türkiyəni və Azərbaycanı gözdən salmağa çalışan ermənilər etdiyi hərəkətlərə görə daim ifşa olunurlar.

Ermənilərin Amerikada növbəti qarayaxmaları ilə bağlı söylədikləri yenə də bu günlərdə ifşa olunmuşdur. Amerikanın Çikaqo şəhərində ermənilərin "qondarma soyqırım"-la bağlı yalanlarına qarşı türklər və azərbaycanlılar aksiya keçirtmişdir. Bu tədbirdən sonra aksiya iştirakçıları Çikaqo şəhərindəki Türkiyə konsulluğu tərəfindən dəvət edilmiş və bu birliyə görə baş konsul öz dərin minnətdarlığını bildirmişdir.


İdrak Ədalətoğlu
Amerikaшаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 570

Xəbər lenti
Təqvim
«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31