Prezidentdən Dövlət Gömrük Komitəsinə yeni sədr - Təyinatı
(23-04-2018, 21:43)

Prezidentdən Dövlət Gömrük Komitəsinə yeni sədr - Təyinatı
Azərbaycan prezidenti İlham Əliyev Dövlət Gömrük Komitəsinə yeni sədr təyinatı haqqında sərəncam imzalayıb.

Dovrunnabzi.az xəbər verir ki, bu vəzifəyə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı Səfər Məmməd oğlu Mehdiyev təyin edilib.

Qeyd edək ki, bundan öncə Dövlət Gömrük Komitəsinin sədri vəzifəsini Aydın Əliyev daşıyırdı.

Məlumat üçün bildirək ki, Səfər Mehdiyev 1973-cü il martın 17-də Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm kəndində anadan olub.

1998-ci ildə Türkiyənin EGE Universitetinin Beynəlxalq-iqtisadi əlaqələr fakültəsini bitirib.

2004-2006-cı illərdə Dövlət Gömrük Komitəsinin sədr müavini, 2006-cı ildən bu günə qədər isə birinci müavini vəzifəsini icra edib.

Ailəlidir, 2 övladı var.шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 47

Xəbər lenti
Təqvim
«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031