Azərbaycan prezidenti xalqa müraciət etdi
(12-04-2018, 01:17)

Dövlət başçısı prezident seçkilərində Azərbaycan xalqının sabitliyə, təhlükəsizliyə, inkişafa səs verdiyini bildirib.
İlham Əliyev qeyd edib ki, aprel döyüşlərində torpaqlarımızın bir hissəsi işğaldan azad edilib: “Həmin torpaqlarda bu gün Azərbaycan bayrağı dalğalanır. O torpaqlarda prezident seçkiləri keçirilir. Gün gələcək, işğal altındakı torpaqlarımızda bayraqlarımız dalğalanacaq”.
Dövlət başçısı vurğulayıb ki, bu gün Azərbaycan dünyanın ən rəqabət qabiliyyətli ölkələrindən biridir: “Siyasətimizin mərkəzində həmişə Azərbaycan xalqının rifahı durur. Azərbaycan bu illər ərzində kosmik dövlətə çevrilib. Bütün istiqamətlər üzrə nəticələr göz qabağındadır. Azərbaycan nəhəng enerji və nəqliyyat layihələrini icra edir. Avrasiyanın nəqliyyat və energetika xəritələri yenidən tərtib olunur. Heç vaxt Azərbaycan dövləti bu qədər güclü olmayıb. Biz güclü Azərbaycan qurmuşuq və daha güclü Azərbaycan quracağıq. Yeni qələbələrə doğru!”.
Ana səhifəyə qayıt
Oxunub: 347
Xəbəri paylaş
Xəbər lenti
18-08-2025 14:30
Ən çox baxılanlar