Ən gənc nazir kollektivə təqdim olundu
(23-04-2018, 16:03)

[/center][center]Ən gənc nazir kollektivə təqdim olundu
Yeni təyin olunmuş Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə hazırda görüş keçirilir.
Məlumata görə, S. Babayevi kollektivə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev təqdim edib.

Qeyd edək ki, nazir bundan əvvəl İqtisadiyyat Nazirliyində Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdiri vəzifəsində işləyib. O, 1980-ci ildə anadan olub. 2000-ci ildə Bakı Dövlət Universitetində “Beynəlxalq hüquq və beynəlxlaq münasibətlər” sahəsi üzrə bakalavr, 2002-ci ildə isə magistr dərəcəsi alıb. Hüquq üzrə fəlsəfə doktorudur.

Xatırladaq ki, son prezident sərəncamına qədər Əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində Səlim Müslümov çalışırdı.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 16

Xəbər lenti
Təqvim
«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031