BAKIYA YENİ BAŞÇI GƏLİR! – Abutalıbov getdi, xələfinin adı çəkilir (Yeniləndi)
(21-04-2018, 23:39)

BAKIYA YENİ BAŞÇI GƏLİR! – Abutalıbov getdi, xələfinin adı çəkilir (Yeniləndi)
Bu gün Hacıbala Abutalıbov Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsinə təyin edilib. Bu barədə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Sərəncamda deyilir:”Hacıbala İbrahim oğlu Abutalıbov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin”.

Qeyd edək ki, H.Abutalıbov 2001-ci ilin yanvar ayından bu günə qədər Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

***

Azərbaycan hökumətində artıq başlayan ciddi kadr islahatları çərçivəsində 17 ildir Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsini tutan Hacıbala Abutalıbovun da istefaya göndəriləcəyi dəqiqləşib. Onun baş nazirin müavini təyin olunacağı ehtimalı var.

Bu barədə “AzPolitika.info”-ya məlumat hökumətə yaxın mənbələrdən daxil olub.

Məlumatda, həmçinin onun yerinə kimin gələcəyi də bildirilir: Bakının yeni rəhbəri, çox böyük ehtimalla “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov olacaq.

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 15

Xəbər lenti
Təqvim
«    May 2018    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031