Sarkisyan rəsmən baş nazir postuna irəli sürüldü
(16-04-2018, 19:47)

Sarkisyan rəsmən baş nazir postuna irəli sürüldü
Ermənistanın hakim Respublikaçılar partiyası və “Daşnakstyun”un parlament fraksiyaları Serj Sarkisyanın ölkənin baş naziri postuna namizədliyini rəsmən irəli sürüb.

“Qafqazinfo” xəbər verir ki, qərar fraksiyaların keçirdiyi birgə iclasın yekununda qəbul olunub. Cəmi 5 dəqiqə davam edən iclasda Serj Sarkisyan yeganə namizəd olub və qərar hər iki fraksiya üzvləri tərəfindən yekdilliklə qəbul olunub.

Qeyd edək ki, baş nazir seçimi aprelin 17-si Milli Məclisin iclasında baş tutacaq.

Xatırladaq ki, hazırda paytaxt İrəvanda müxalif fraksiyası olan "Elk"ın təşkilatçılığı ilə əhali küçələrə axışaraq Sarkisyanın baş nazir postuna gətirilməsi cəhdlərinə etirazlarını bildirirlər.


шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 17

Xəbər lenti
Təqvim
«    İyul 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031