Məşhur şirniyyat mağazasında qanun pozuntusu - Nazirlik yoxlama keçirdi
(16-04-2018, 19:42)

Məşhur şirniyyat mağazasında qanun pozuntusu - Nazirlik yoxlama keçirdi
Vergilər Nazirliyi tərəfindən Bakı şəhəri ərazisində keçirilmiş vergi nəzarəti tədbirləri zamanı "Bon Appetit" şirniyyat mağazaları şəbəkəsində qanun pozuntularının olduğu aşkar edilib.

Nazirlikdən daxil olan məlumata görə, keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı müəyyən edilib ki, vergi ödəyicisi tərəfindən ikili mühasibatlıq aparılmaqla dövlət büdcəsinə ödənilməli vergilər yayındırılıb. Həmçinin, vergi ödəyicisinin Badamdar qəsəbəsində yerləşən sexinə baxış zamanı əmək müqaviləsi olmayan 55 nəfər vətəndaşın işə cəlb edildiyi müəyyən olunub.

Aşkar edilmiş hallarla bağı müvafiq aktlar tərtib edilib, vergi ödəyicisinə məxsus “qara mühasibatlıq” sənədləri götürülüb. İşçilərdən alınmış izahatlardan aydın olub ki, onların heç biri ilə əmək müqaviləsi (kontraktı) bağlanılmayıb. Faktla bağlı müvafiq araşdırma aparılır.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 23

Xəbər lenti
Təqvim
«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031