Prezident Ramiz Mehdiyevi təbrik etdi - “Şöhrət” ordeni verdi
(16-04-2018, 14:12)

Prezident Ramiz Mehdiyevi təbrik etdi - “Şöhrət” ordeni verdi
Prezident İlham Əliyev aprelin 16-da Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevi yubileyi münasibətilə təbrik edib, onu Azərbaycan Respublikasında dövlətçiliyin möhkəmləndirilməsində səmərəli fəaliyyətinə və elmin inkişafında böyük xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edib.

Ramiz Mehdiyev bu təltifə və onun fəaliyyətinə verdiyi yüksək qiymətə görə dövlət başçısına minnətdarlığını bildirib. Administrasiya rəhbəri Heydər Əliyev tərəfindən əsası qoyulmuş müasir Azərbaycan dövlətçiliyinin daha da möhkəmləndirilməsində Prezident İlham Əliyevin müstəsna xidmətlərini vurğulayıb və qeyd edib ki, məhz dövlət başçısının rəhbərliyi altında Azərbaycanda bütün sahələrdə çox yüksək nailiyyətlər əldə olunub. O, bir daha dövlət başçısına minnətdarlıq edib.Qeyd edək ki, sabah R. Mehdiyevin 80 illik yubileyidir.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 8

Xəbər lenti