Əlcəzairdə təyyarə qəzası - Azı 200 hərbçi ölüb
(11-04-2018, 15:22)

Əlcəzairdə təyyarə qəzası - Azı 200 hərbçi ölüb


Əlcəzairdə hərbi təyyarə qəzaya düşüb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, təyyarənin Bufarik aeroportu yaxınlığında düşdüyü bildirilir. Onlarla insanın öldüyü deyilir.

Səudiyyə Ərəbistanının Əl Ərəbiyə televiziyasının məlumatına görə, təyyarədə azı 100 nəfər olub.

***

Təyyarənin göyərtəsində 200-dən çox hərbçi olub. Böyük ehtimalla onların hamısı ölüb.

***

“Əl-Ərəbiyə” telekanalı qəzaya səbəb kimi texniki nasazlığı göstərib. Qeyd edək ki, təyyarə havaya qalxdıqdan bir neçə dəqiqə sonra yerə düşüb və yanmağa başlayıb.шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 52

Xəbər lenti