“Beşiktaş”a ağır cəza verildi
(5-05-2018, 21:49)

“Beşiktaş”a ağır cəza verildi
Türkiyə kubokunun yarımfinalında qalmaqallı “Fənərbağça” - “Beşiktaş” matçı ilə bağlı yekun qərar çıxarılıb.

“Qafqazinfo” xəbər verir ki, oyun dava səbəbindən 67-ci dəqiqədə yarımçıq dayandırılmış, daha sonra mayın 3-də qaldığı dəqiqədən davam etdirilməsi qərara alınmışdı.

Lakin, “Beşiktaş” bu qərara etiraz edərək matça çıxmamışdı.

Türkiyə Futbol Federasiyasının (TFF) İntizam Komitəsi “Beşiktaş”ın bu addımını ağır cəzalandırıb. Belə ki, “ağ-qaralar”a 0:3 hesablı texniki məğlubiyyət verilib. Həmçinin, 2018/19 mövsümündə Türkiyə kubokuna buraxılmayacaq, bu mövsüm əldə olunan qazancdan da pay almayacaq.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 185

Xəbər lenti
Təqvim
«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031