Qurban Qurbanovun 200-cü qələbəsi
(30-04-2018, 14:47)

Qurban Qurbanovun 200-cü qələbəsi
Topaz Premyer Liqasının XXVI turu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar olub


Apasport.az saytının məlumatına görə, “Zirə” ilə görüşdəki 2:1 hesablı qələbə 46 yaşlı mütəxəssis üçün Azərbaycan çempionatlarında 200-cü olub.

Bu oyunadək hesabında 199 qələbə olan Qurbanov 200-cü sevincini 338-ci matçında yaşayıb.

İlk qələbəsini 2006/07 mövsümündə “Neftçi”nin “sükanı arxası”nda qazanan çalışdırıcı paytaxt klubunda 19, 2008-ci ildən rəhbərlik etdiyi “Qarabağ”da 181 dəfə yetirmələrinin qalib gəlməsinə şahid olub.

Qurbanov Azərbaycan çempionatları tarixində 200 və daha çox qələbə qazanan ikinci baş məşqçidi. O, yalnız vaxtilə futbolçu kimi rəhbərliyi altında Ağasəlim Mircavadovdan geri qalır.шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 124

Xəbər lenti
Təqvim
«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031