“WhatsApp”a yeni funksiyalar əlavə olundu
(17-05-2018, 23:21)

“WhatsApp”a yeni funksiyalar əlavə olundu
“WhatsApp” messencerində qrup şəklində olan yazışmalar üçün böyük dəyişikliklər edilib. Belə ki, qrupun məqsəd, qayda və ya mövzularını təsvir etməyə imkan verən funksiyalar əlavə olunub.

ICTnews xəbər verir ki, qrupa yeni iştirakçılar daxil olan zaman üzvlər onun təsvirini ekranın yuxarı hissəsində görə biləcəklər.

Qrupdan çıxan istifadəçiləri təkrar əlavə etmək qeyri-mümkün olacaq. İstifadəçi qrup yazışmasına uzun müddət daxil olmadıqda sağ aşağı küncdə yerləşən yeni “@” işarəsini basmaqla bildirişlərlə tez tanış ola biləcək.

Həmçinin inzibatçıların hüquqları təkmilləşdirilib. İndi çat yaradıcısı əsas fotonu və ya söhbətin adını dəyişə bilən insanları ayrıca seçir. İstənilən qrup iştirakçısının adını qrup haqqında informasiyanın olduğu səhifədə axtarışa daxil etməklə onu tapmaq mümkündür.

Yeni “WhatsApp” funksiyalarından “Android” və “iOS” mobil əməliyyat sistemləri üçün yenilənmiş əlavələrdə yararlanmaq olar.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 87

Xəbər lenti
Təqvim
«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031