Ən güclü cib kompüteri hazırlandı - Ölçüsü 13 sm
(4-05-2018, 21:42)

Ən güclü cib kompüteri hazırlandı - Ölçüsü 13 sm
Çinin kiçik bir şirkəti “Windows 10” sistemi ilə işləyən “Mini PC” adlı yığcam kompüter hazırlayıb.

“Qafqazinfo” ICTnews-a istinadən xəbər verir ki, qurğunu istənilən çantaya və hətta cins şalvarın cibinə yerləşdirmək olar.

Çoxlu sayda konnektordan istifadə edilməsi nəticəsində korpus nisbətən qalın alınıb və bu, qurğunun yığcamlığına xələl gətirir. Korpusun ölçüləri 13,5×9×1,6 sm təşkil edir.

“Mini PC” qurğusunun korpusunda 4 ədəd “USB”, 1 ədəd “USB Type-C”, “HDMI”, “LAN”, qulaqlıqlar üçün 3.5 mm-lik konnektor və kartrider yerləşdirilib. Daxili 5 düymlük sensor ekrandan başqa sözügedən qurğuya istənilən monitor və ya televizoru qoşmaq olar. Kompüter “Intel Atom x7-Z8750” prosessoru, 8 QB əməli yaddaş və 128/256/512 QB-lıq SSD daşıyıcı ilə təchiz edilib. Bu xarakteristikalarına görə istehsalçılar kompüteri öz sinfində ən güclü adlandırıblar.

Kompüter “Windows 10” sistemi ilə işləyir, amma istəkdən asılı olaraq “Android” sistemini aktivləşdirmək olar. Tədarük dəstinə qatlanan “Bluetooth” klaviatura daxildir.

“Mini PC” kompüterinin ilkin sifariş qiyməti 139 dollardır. İlk çatdırma 2018-ci ilin sentyabrına planlaşdırılıb.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 50

Xəbər lenti
Təqvim
«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930